
Daha 5- məntiqi sual
1. Aşağıdakı hərflərin köməyi ilə elə cümlə düzəltmək olarmı ki, soldan sağa və sağdan sola eyni cür oxunsun. Bir hərfdən bir neçə dəfə istifadə etmək olar.
ə, t, k, i, u, b.
2.O hansı göldür ki, onun adına bir hərf əlavə etdikdə şəxs adı, bir hərf götürdükdə isə təyyarə markası alınır ?
3.Hansı suala hə cavabı vermək mümkün deyil ?
4."Çaqqal və çaqqal".Bu məşhur təmsillər toplusudur.Lakin bu, həmin toplunun həqiqi adı deyil.Onun həqiqi adını tapmaq üçün hər "çaqqala " bir ad verin,əsərin həqiqi adı alınacaq.
5. Ən azı üç şəxs adı yazın ki, sağdan sola,soldan da sağa eyni cür oxunsun.
