
Erməni hakerlər Azərbaycan saytını dağıdıblar
Xəzər İnteqrasiya İşgüzar Klubunun saytı (www.cibcgroup.com) hakerlərin hücuma məruz qalıb. Klubdan verilən məlumata görə, CİBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev saytın erməni hakerləri tərəfindən təcrid edildiyinin müəyyənləşdiyini bildirib. Azərbaycanın aparıcı İT-mütəxəssisləri texniki nasazlığın aradan qaldırılması və saytın fəaliyyətinin tezliklə bərpa edilməsi üçün könüllü olaraq öz yardımlarını təklif ediblər. Telman Əliyev erməni hakerlərinin hücumunun dünyanın 30 ölkəsində keçirilən beynəlxalq enerji və iqtisadi forumlarda Azərbaycanın iqtisadiyyatının və neft-qaz strategiyasının informativ səviyyədə təbliğ olunması ilə məşğul olan CİBC-in (dünyanın 30 ölkəsindən 500-dək şirkət və təşkilatı birləşdirir) və “Caspian Energy” Beynəlxalq Nəşriyyat Evinin fəaliyyəti ilə bağlı olduğunu istisna etməyib. //APA
