
AFFA-nın vitse-prezidentləri seçilib
Bu gün AFFA-nın inzibati binasında yeni seçilən İcraiyyə Komitəsinin ilk iclası keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a AFFA-dan veriblər. AFFA prezidenti Rövnəq Abdullayevin təklifi və İcraiyyə Komitəsi üzvlərinin yekdil səsi ilə Rauf Əliyev Assosiasiyanın I vitse-prezidenti, Elşad Nəsirov isə vitse-prezidenti seçilib.
