Reklam verin!
SamirAprel 29, 2008 18:22

 

Müdafiə Nazirliyi Naxçıvanda Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilən erməni hərbçiləri barədə açıqlama verib


Müdafiə Nazirliyi Naxçıvanda Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni hərbçiləri barədə açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov AZADİNFORM-a açıqlamasında bildirib ki, Naxçıvanda zərərsizləşdirilən hərbiçilər Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrup olub. E,Səfərov ilkin araşdırmalar zamanı bu faktın öz təsdiqini tapdığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan xüsusi təyinatlıları Naxçıvana keçərək diversiya yaratmaq istəsələr də Azərbayycan hərbçilərinin sayıqlığı nəticəsində ələ keçiblər. “Ermənistan Müdafiə Nazirliyinin guya hərbiçilərin öz əsgər yoldaşlarına baş çəkməyə gədərkən yolu azaraq əsir düşmələri barədə yaydıqları məlumatlar isə yalandır”,-deyə E.Səfərov vurğulayıb. Xatırladaq ki, Ermənistan xüsusi təyinatlıları aprelin 28-də Naxçıvan ərazisinə keçərək diversiya törətməyə cəhd edərkən saxlanılıblar. Faktı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilmiş qrupda 4 hərbçi olub. Onlar Vanik Zmboyan, Artyom Zohrabyan, Karen Torosyan, Aqasi Enokyandır.
XƏBƏRLƏRŞərhlər(0)     Baxış sayı:64

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha