Reklam verin!
SamirMay 13, 2008 19:37

nf

“NEFTÇİ”dən AFFA-ya “DANIŞILMIŞ OYUN” İTTİHAMI

Ramin Musayev: “Assosiasiyanın baş katibi ilə əlbir olan avstriyalı hakim komandamızı dayandırmaq tapşırığını yerinə yetirdi”


Dünən futbol üzrə Azərbaycan premyer-liqasında 24-cü tura yekun vuruldu. Lider “Olimpik” “Şəfa” stadionunda Yevlaxın “Karvan” klubu üzərində inamlı qələbə qazanaraq qızıl medallara bir qədər də yaxınlaşdı. Oyunda hesabı braziliyalı Fabio Luis Ramim açdı.

Amma Cənubi amerikalı matçı sonadək başa çatdıra bilmədi. Belə ki, görüşün baş hakimi Anar Salmanov yarımmüdafiəçini ikinci hissənin ortasında rəqibini bilərəkdən vurduğu üçün qırmızı vərəqə ilə meydandan qovdu. Bununla belə Əsgər Abdullayevin komandası 10 nəfərlə də fərqlənərək Samir Musayevin qolu ilə 2:0 hesablı qələbəni rəsmiləşdirdi. Liderliyini bir qədər də möhkəmləndirən “Olimpik” çempionluq şansını xeyli yüksəltdi. Sona iki tur qalmış ən yaxın izləyicisi “İnter”i 5 xal qabaqlayan Ə.Abdullayevin komandasına tarixində ilk çempionluğu rəsmiləşdirmək üçün qalan oyunda (“Xəzər-Lənkəran”la səfər, “Qarabağ”la ev matçı) iki xal yetərlidir.
Premyer-liqada qalmaq uğrunda mübarizə aparan Sumqayıtın “Gənclərbirliyi” klubu isə məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb. Hesabına daha bir xal yazan autsayder “Turan”la xal fərqini 3-ə endirə bilib.
Yada salaq ki, turun mərkəzi qarşılaşmasında bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər-Lənkəran” paytaxtın “Neftçi” komandası üzərində qələbə qazanıb. Flaqman avstriyalı Şteffan Messnerin başçılıq etdiyi hakimlər briqadasının idarə etdiyi oyunun yarıdan çoxunu azlıqda keçirib. Buna “Neftçi”nin kapitanı Zaur Tağızadənin 25-ci dəqiqədə meydandan qovulması səbəb olub. Matçın taleyini həll edən qolu isə 14-cü dəqiqədə Rəşad Abdullayev vurub.
“Neftçi” çempionluq şansını itirmək hələ bir yana, gümüş medallar və UEFA Kubokuna vəsiqədən də məhrum ola bilər. Buna səbəb komandanın turnir cədvəlində 2-ci pilləni əldən verməsidir. “Neftçi”nin xal itkisindən maksimum yararlanan Bakının “İnter” klubu turnir cədvəlində 3-cü pilləni təhvil verdiyi həmşəhərlilərini 1 xal qabaqlayır.
“Hesabat turunun hakimləri ilə bağlı bölgü edilərkən ”Neftçi"-"Xəzər-Lənkəran" matçına alman referi təyin edilmişdi. Ancaq alman hakimlər AFFA-nın baş katibi Elxan Məmmədovun təklifini qəbul etmədiyindən avstriyalı hakimlərə üstünlük verildi".
Bu fikirləri isə “APA-Sport”a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Ramin Musayev deyib. Hesabat turunda “Xəzər-Lənkəran”a məğlub olduqları (0:1) görüşün baş hakimi Şteffan Messnerin idarəçiliyindən narazı qalan R.Musayev avstriyalının komandasının başına oyun açdığını bildirib: “Messner artıq 9-cu dəqiqədə üç futbolçumuza sarı vərəqə göstərmişdi. 25-ci dəqiqədə isə kapitanımız Zaur Tağızadəyə əsassız olaraq qırmızı vərəqə göstərərək onu meydandan qovdu. Artıq onun bu qərarları ilə ”Neftçi"yə qarşı çıxması görünürdü".
Ş.Messneri hakim hesab etməyən R.Musayev onu sifariş yerinə yetirməkdə ittiham etməklə yanaşı AFFA-nın baş katibi Elxan Məmmədovu da günahlandırıb: “Avstriyalı hakim Elxan Məmmədovla əlbir olub. ”Xəzər-Lənkəran"la oyunumuzu idarə edən hakimə verilmiş tapşırıq “Neftçi”ni dayandırmaq idi.
Almaniyalıdan fərqli olaraq avstriyalı bu tapşırığı yerinə yetirməyə razılıq verdi. Çünki Şteffan Messnerin 44 yaşı var, beynəlxalq karyerası bitir. Təqaüdə çıxan avstriyalı hakimin pul qazanmaq vaxtıdır. Əcnəbi hakim niyə bir qayda olaraq “Neftçi”nin oyunlarına gətirilir? Elxan Məmmədovun AFFA-dan kənarda gördüyü işlər öz nəticəsini verir".
R.Musayev bildirib ki, narazılıqlarını klub prezidenti Əkbər Hacıyevə də çatdırıblar.
Turun bütün oyunlarının nəticələri və komandaların xal ehtiyatları ilə bir daha tanış olun:

“Standard” - “ABN-Bərdə” - 6:0
“Masallı” - “Simurq” - 1:1
“Neftçi” - “Xəzər-Lənkəran” - 0:1
“İnter” - “Turan” - 3:1
“Olimpik” - “Karvan” - 2:0
“Qəbələ” - “Gənclərbirliyi” - 2:2
“Bakı” - “Qarabağ” - 0:0

“Olimpik” - 57 xal (24 oyun), “İnter” - 52 (24), “Neftçi” - 51 (23), “Xəzər-Lənkəran” - 50 (24), “Qarabağ” - 37 (24), “Qəbələ” - 35 (24), “Simurq” - 34 (24), “Bakı” - 31 (24), “Masallı” - 26 (24), “Standard” - 26 (24), , “Karvan” - 22 (24), “Turan” - 17 (24), “Gənclərbirliyi” - 14 (24), “ABN-Bərdə" - 12 (24).

xəbərin linki http://www.musavat.com/site/?name=content&mid=14#


Bookmark and Share
Azerbaycan FutboluŞərhlər(0)     Baxış sayı:91

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha