RUSİYA VƏTƏNDAŞLARI ÜÇÜN “QARA SİYAHI” Ruslara embarqo qoyulmayan yeganə ölkə isə Ermənistandır.“Moskovski Komsomolets” qəzeti MDB və Baltikyanı ölkələrin Rusiya vətəndaşlarına aid edilən “qara siyahı”sını hazırlayıb. Qəzetin araşdırmalarına görə, keçmiş postsovet ölkələri bir sıra tanınmış şəxsləri öz ölkələrində görmək istəmir.
Ən böyük siyahını Estoniya tutub. Eston sərhədçilərinə 2013 Rusiya vətəndaşını bu ölkəyə buraxmamaq barədə göstəriş verilib. Siyahıya Vladimir Jirinovski başçılıq edir. Maraqlıdır ki, sırada Kasparovla Limonovun da adı var.
Latviyanın öz ərazisində görmək istəmədiyi şəxslər isə Boris Berezovski, “qanuni oğru” Sergey Mixaylov, siyasətçilərdən Viktor Aleksnis və Dmitri Roqozindir. Litvada personanon-qrata edilmiş şəxs isə müğənni-deputat İosif Kobzondur.
Belarus prezidenti Aleksandr Lukaşenko iki Rusiya siyasətçisinin ölkəsinə gəlişinə qadağa qoyub - Boris Nemtsov və İrina Xakamada.
Azərbaycanda təkcə bir siyasətçinin gəlişi arzuolunmazdır. Söhbət təbii ki, Vladimir Jirinovskidən gedir. Bundan başqa, bir neçə rus estrada müğənnisi də ölkəmizə gələ bilməz. Bunlar qondarma “DQR”-də konsert verdiklərinə görə nifrət qazanan Katya Lell, Nadejda Babkina, Valentina Lekostunova, Aleksandr Peskov, İrina Otiyeva və “Çay vdvoyom” qrupudur.
Yeri gəlmişkən, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Moldova və Özbəkistan da Jirinovskini öz torpağında görmək istəmir. Ruslara embarqo qoyulmayan yeganə ölkə isə Ermənistandır.
Diqqət.məlumatı müsavat qəzetinin saytından əldə etmişik
