UEFA İntertoto kubokunun ikinci mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi «Neftçi» Belçikada yerli «Jerminal» klubu ilə qarşılaşır. Oyun Belçikanın Antverpen şəhərindəki «Olimpiya» stadionunda keçirilir. Qarşılaşmanı Serbiyalı hakim Deyan Filippoviç idarə edir.
Bu və digər oyunlar haqqında ardında oxu
Oyunun birinci hissəsi başa çatıb. Hesabı 18-ci dəqiqədə ev sahibləri açıblar. Qolu Maliki-Sabah vurub. Bundan sonra fəallaşan «Neftçi» 31-ci dəqiqədə hesabı bərabərləşdirə bilib. Lakin flaqmanımızın gürcü legionerinin vurduğu qol meydan sahiblərini narazı salıb. Onların fikrincə, top qapı tirinə dəyibmiş. «Cerminal»ın məşqçisi etirazını meydançaya çıxmaqla bildirib.
UEFA İntertoto kubokunda digər qarşılaşmalar bu hesabla nəticələnib.
"Saturn" (Rusiya)-"Etsella" (Lüksemburq) 7:0
"Qrbal" (Çernoqoriya)-"Sivasspor" (Türkiyə) 2:2
"Teplitse" (Çexiya)-"Honved" (Macarıstan) 1:3
"Şturm" (Avstriya)-"Şaxtyor" (Soliqorsk, Belarus) 2:0
"Qrasshoppers" (İsveçrə)-"Besa" (Albaniya) 2:1
"Çernomorets" (Burqas, Bolqarıstan)-"Qoritsa" (Sloveniya) 1:1
"Tiraspol" (Moldova) - "Tavriya" (Ukrayna) 0:0
Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 12-də keçiriləcək
